“Böyük qürur və sevinclə bu seçkidə iştirtak edirəm. Sərbəst və demokratik şəkildə səs vermək üçün bütün lazımi şərait yaradılıb”.
Bu sözləri interpress.az-a açıqlamasında ölkəmizin qardaş Türkiyənin İstanbul şəhərindəki konsulluğunda yerləşən seçki məntəqəsində səs verən azərbaycanlı tələbə Nərmin Əliyeva deyib.
Hazırda Erasmus proqramı üzrə təhsilini İstanbulda davam etdirən Nərmin Əliyeva ilk dəfədir səs verdiyini bildirib:
“Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşı kimi ilk dəfədir səs verirəm. İlk səsverməmin qardaş ölkədə reallaşması xüsusi ovqat yaradıb. İnanıram ki, seçkilərin nəticəsi Azərbaycanın daha yüksək inkişafı üçün yeni mərhələ formalaşdıracaq”.
N.ƏliyevaTürkiyədə yaşayan azərbaycanlıların səsvermə prosesində aktiv iştirakına da toxunub. Gənc tələbə bildirib ki, Türkiyədəki soydaşlarımızın aktivliyi onu bir gənc olaraq sevindirir.