İsveçrə: İsrailin işğal etdiyi torpaqları istismar etmək hüququ yoxdurbackend

İsveçrə: İsrailin işğal etdiyi torpaqları istismar etmək hüququ yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin işğal olunmuş Fələstin torpaqlarında tətbiq etdiyi təcrübələrin hüquqi nəticələrinin müzakirə edildiyi Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə İsveçrə İsrailin “Fələstin xalqına məxsus təbii sərvətləri öz mənfəətləri üçün istismar etməsinin” beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hollandiyanın inzibati paytaxtı Haaqadakı Sülh Sarayında fəaliyyət göstərən Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) İsrailin işğal olunmuş Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələri ilə bağlı dinləmələr davam edir.

Dinləmələrdə İsveçrə adından çıxış edən Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Departamentinin rəhbəri Frans Perrez deyib ki, Fələstin xalqının sülh içində yaşaması üçün öz müqəddəratını təyin etmək hüququ var.

İsrailin hərbi və humanitar tələblər arasında tarazlığı saxlaması lazım olduğunu bildirən Perrez, işğal altındakı torpaqların statusunun dəyişdirilməsinin heç vaxt məqbul olmayacağını bildirib.

Perrez qeyd edib ki, İsrail işğalçı dövlət olduğu torpaqlarda status-kvonu saxlamalı və sosial, iqtisadi və demoqrafik xüsusiyyətlərin dəyişdirilməsinə yönəlmiş addımlar atmamalıdır.