İtaliyada etiraz edən fermerlər Neapolda öz traktorları ilə konvoy hazırlayıblarbackend

İtaliyada etiraz edən fermerlər Neapolda öz traktorları ilə konvoy hazırlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada Avropa İttifaqının (Aİ) əkinçilik siyasətlərinə artan xərcləri və sektordakı dəstəklərin kəsilməsini etiraz edən fermerlər, bu dəfə cənubdakı Neapol şəhərində konvoy təşkil edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ayın əvvəlindən ölkənin şimalından cənubuna müxtəlif ölçülü nümayişlər və konvoylarla etirazlarını davam etdirən fermerlər, Neapolda bunlara bir yenisini əlavə ediblər.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, təxminən 100 traktorla Neapol şəhər mərkəzini gəzən fermerlər səhər saatlarında şorbaxananın qarşısında dayanaraq fermalarından topladıqları məhsulların bir hissəsini hədiyyə ediblər. Daha sonra fermerlər traktorları ilə şəhərin kordon hissəsinə çıxaraq vətəndaşlara etirazlarının səbəblərini izah ediblər. Fermerlər traktorlarının üzərinə “Sən bizim gələcəyimizi məhv edirsən” yazıları, eləcə də İtaliya bayrağı asıblar.

Fermer karvanı keçərkən bəzi vətəndaşlar da alqışlarla dəstəkləyiblər.

Bu arada ötən həftə paytaxt Romada simvolik nümayiş karvanı təşkil edən fermerlərin sabah daha əhatəli etiraz aksiyası keçirməyə hazırlaşdıqları açıqlanıb.

KİV-in məlumatına görə, hökumət fermerlərə bəzi rahatlıqların yaradılması, o cümlədən fermerlərdən alınan kənd təsərrüfatı gəlir vergisinin müəyyən məbləğə qədər vergidən azad edilməsi üzərində işləyir.

Baş nazir Giorgia Meloni, fevralın 1-də Belçikanın paytaxtı Brüsseldə keçirilən AB Liderlər Zirvəsindən sonra verdiyi açıqlamada, AB-nin kənd təsərrüfatı siyasətlərində səhvlər etdiyini və bunların dəyişdirilməsi lazım olduğunu bildirib.