İtaliya Müdafiə Nazirliyi Fransanı Ukraynaya Qərb qoşunlarının göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatlar verməklə gərginliyi artırmamağa dəvət edib.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Qvido Krozetto “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
“Mən Fransa kimi dost ölkənin prezidentini mühakimə etmirəm, lakin Makronun gərginliyi artıran bəyanatlarının məqsəd və faydasını başa düşmürəm”, – nazir vurğulayıb.
İtaliyalı nazir əmindir ki, ölkələr “dialoqun bütün formalarını axtarmalı” və “diplomatiya şəbəkəsi” yaratmağa başlamalıdırlar.