Kadırov Bastrıkin və Kolokoltsevİ tənqid edib və onların cəzalanacığnı bildirib.
İnterpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyası İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin rəhbərlərini keyfiyyətsiz işdə ittiham edib.
Çeçenistan liderinin sözlərinə görə, Bastrıkin və Kolokoltsev “öz yerlərində deyi” və “Uca Allah onları mütləq cəzalandıracaq”.
Ramzan Kadırov Moskvada davadan sonra saxlanılan 14 yaşlı Müslüm Murdiyevin işini şərh edərkən Rusiya Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinin rəhbərlərini vəzifələrini zəif yerinə yetirdiklərinə görə sərt tənqid edib.
“Biz bu Murdiyev işi üzərində çoxdan işləyirik: deputatlar, hüquq müdafiəçiləri, hamı, o cümlədən mən. Bu, onu deməyə əsas verir ki, yuxarıda oturan şəxslər, Bastrıkin və Kolokoltsev başda olmaqla istintaq orqanları öz yerlərində oturmurlar”, – Kadırov qeyd edib.
O, hüquq-mühafizə orqanlarının “ölkə prezidentinin onlara verdiyi tapşırıqları keyfiyyətcə yerinə yetirmədiyini” də vurğulayıb.
“Kolokoltsev əmr verdi, indi yeni gələnləri döyürlər, aparırlar, qovurlar – bizə lazım olan qardaşlarımızı. Sonra deyirlər ki, heç kim bizimlə dostluq etmək istəmir.
Ukraynanı, Gürcüstanı niyə itirdik? Digər dövlətlərlə münasibətlər niyə gərgindir? Çünki insanlar ölkədə nə baş verdiyini bilmirlər. Bölgələrə getmirlər, insanlarla ünsiyyət qurmurlar. Onların başı qarışır, kreslolarında otururlar, pəncərədən kənarda baş verənlərə baxmırlar. Uca Allah onları mütləq cəzalandıracaq”, – Çeçenistan rəhbəri əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az