Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib – FOTObackend

Kamran Əliyev Türkiyə nümayəndə heyəti ilə görüşdə Qarabağda sülhməramlı missiyanı müzakirə edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kamran Əliyev Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində bölgə üçün və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçdiyini qeyd edərək bu uğurların təməlində iki ölkə arasında əsrlər boyu olan dostluq-qardaşlıq münasibətlərinin dayanmasını diqqətə çatdırılıb.

Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə qadağan edilmiş raket qurğusundan Azərbaycanın mülki dinc əhalisinin atəşə tutulması nəticəsində ümumilikdə 93 nəfər həlak olmuş, 410 nəfər yaralanmış, 3410 yaşayış evinə, 120 çoxmərtəbəli binaya və 512 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına  xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan “Asala” və “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin iştirak etmələri müəyyən edilib, həmin şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanılıb.

Baş Prokuror, Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada iştirakının Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını bildirərək, Türkiyənin bölgədə sülhün bərqərar olmasında xüsusi rolunun əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Hakan Çavuşoğlu ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib və Ermənistan tərəfindən törədilmiş terror aktları nəticəsində həlak olan şəxslərə görə Türkiyə xalqının baş sağlığını çatdıraraq, yaralanmış şəxslərə şəfa diləyib.

Qonaq Türkiyənin Dağlıq Qarabağda sülhmərəmlı missiyadan qürur duyduğunu və bu missiyanın davamlı sülhün bərqərar olmasına öz töhvəsini verəcəyini bildirib.

Hakan Çavuşoğlu səfərin məqsədlərindən söz açaraq bildirib ki, rəhbəri olduğu nümayəndə heyyəti 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində münaqişə zonasından kənarda yerləşən bölgələrimizdə həlak olmuş və yaralanmış şəxslər, ziyan dəymiş evlər və mülki infrasktruktur obyektləri ilə bağlı, həmçinin birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş şəxslərin hüquqlarının pozulması və onlara dəymiş ziyana bağlı hesabatlar hazırlayacaqlar.

Görüşdə həmçinin iki ölkə arasında ikitrəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyyəti mülki əhalimizə qarşı törədilən cinayətlərlə yerində tanış olmaq məqsədi ilə Gəncə şəhərinə yola düşüb.

Hazırda nümayəndə heyyətinin səfəri davam edir.

 

İnterpress.az