Kanada öz vətəndaşlarına xəbərdarlıq edibbackend

Kanada öz vətəndaşlarına xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada öz vətəndaşlarına Böyük Britaniya Kralının tacqoyma mərasiminə ilə bağlı xəbərdarlığı edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanada İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün Böyük Britaniyaya səfər edən vətəndaşlarına “mümkün terror hücumu təhlükəsindən” ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Kanada hökuməti tacqoymadan əvvəl və sonrakı günlərdə Londonda böyük izdihamın gözlənildiyi bildirib.

London körpüsünə bıçaqlı hücum və İngiltərədəki Vestminster körpüsünə avtomobillə edilən hücuma bənzər hadisələrə də diqqət çəkilib:

“Bu, partlayışlar kimi təsadüfi zorakılıq halları şəklində ola bilər. Ona görə də diqqətli olun”.

Kanada hökuməti həmçinin öz vətəndaşlarına nəqliyyatda əhəmiyyətli gecikmələrə və fasilələrə hazır olmağı tövsiyə edib.

Böyük Britaniyanın daxili kəşfiyyat xidməti, MI5, terror təhlükəsi səviyyəsini İngiltərə, Uels və Şotlandiyada 3-cü, Şimali İrlandiyada isə 4-cü səviyyədə olan “əhəmiyyətli” olaraq xarakterizə edib.