İngiltərədə keçmiş sevgilisinin evinin qapısına butan qazı ilə doldurulmuş şüşə qoyub qapını partladan qadına 6 il həbs cəzası verilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İngiltərədə 39 yaşlı Lauren Mari Talbot ötən ilin iyun ayında keçmiş sevgilisinin evinin qapısına butan qazı ilə doldurulmuş şüşəni qoyub, qapının partlamasına səbəb olub.
Bildirilib ki, qadın əvvəllər də öz evində silsilə yanğınlar törədib.
Polis bir çox insanın həyatını təhlükəyə atan qadının yanvarın 16-da mühakimə olunduğunu və hər iki cinayətə görə ümumilikdə 6 il həbs cəzası aldığını açıqlayıb.
Talbotun şəxsi mənzilində başlatdığı yanğınları söndürməyə gələn yanğınsöndürmə briqadası, qadının evin divarına “Bu mənzil cəhənnəmdə yansın” yazdığını bildirib.