Kəlbəcərdə avtomobil qəzası nəticəsində xəsarət alan sürücü ölübbackend

Kəlbəcərdə avtomobil qəzası nəticəsində xəsarət alan sürücü ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonunda avtomobil qəzası nəticəsində xəsarət alan sürücü ölüb.

Heydərov Yasin Muxtar oğlu “MAN” markalı avtomobillə Kəlbəcər rayonu Qamışlı kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək yük maşınını aşırıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. O, dünən müalicə aldığı Gəncə şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

Xatırladaq ki, hadisə martın 2-də baş verib.