KFC Rusiyadakı biznesini satırbackend

KFC Rusiyadakı biznesini satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yum! Brands” şirkəti KFC-nin Rusiyadakı biznesinin satışını təsdiqləyib.

“Müqaviləyə əsasən, alıcı satış məntəqələrinin fərqli konsepsiyada rebrendinqinə görə məsuliyyət daşıyacaq. Bundan əlavə, alıcı şirkətin işçilərinin Rusiyada saxlanmasına cavabdeh olacaq. Müqavilənin başa çatdırılması tənzimləyici orqanlar və dövlət orqanlarının razılığı, habelə tərəflərin razılaşdırdığı digər şərtlərlə həyata keçirilir. Saziş tamamlandıqdan sonra “Yum! Brands” Rusiyadakı biznes fəaliyyətini dayandıracaq”, – deyə şirkətdən bildirilib.

Qeyd edək ki, “McDonals” kimi KFC-nin də yerli sahibkara satılaraq adının dəyişdiriləcəyi gözlənilir.

Ümumilikdə Rusiyada minə yaxın KFC restoranı var.

Mənbə: gazeta.ru