Azərbaycan kino mədəniyyətinə ağır itki üz verib.
Tanınmış kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Leyla Səfərova vəfat edib.
Qeyd edək ki, Leyla Həzrət qızı Səfərova 15 oktyabr 1945-ci ildə anadan olub. “Mosfilm” kinostudiyasında “Əbədi təkanverici qüvvə” (1979), “Oğul” (1982) bədii filmlərini lentə alıb. Azərbaycan Televiziyasında “Firəngiz Qurbanova – rəssam və rejissor” (1986), “Aslan və pişik” (1986); “Azərbaycanfilm” kinostudiyasında “Kölgədə 40 dərəcə isti” (1988) bədii; “Birlik” studiyasında “Naməlum torpaq” (1992), “İstiqlal şairi” (1996), “Ana” (1996), “Mərhəmət” (1998) və başqa sənədli filmləri lentə alıb. Leyla Səfərovanın ssenariləri əsasında “Seans” (1995), “Zəka yatarsa” (1996), “Təhlükə sovuşdu” (1998) animasiya filmləri yaradılıb.
2016-cı ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.