Dağıstan sakini arvadınıı narkotikə görə Moskva meşəsində qoyub gedib, o, donaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, gənc cütlük əvvəlcədən gizlədilmiş narkotiki götürmək üçün meşəyə gedib.
Kişi maşında qalıb, 28 yaşlı qadın isə axtarışa çıxıb. O, azaraq kişiyə zəng edib, izlərinin qarla örtüldüyündən geriyə yol tapa bilmədiyini bildirib.
Arvadının onu narkotikə görə aldatdığını düşünən ər onu meşədə qoyub gedib. Qadın donaraq ölüb.
Polis araşdırma aparır və cinayət işinin başlanılıb-başlanmaması barədə düşünür.
Xuraman Etibarlı
İnterpress.az