KİV: ABŞ xüsusi təyinatlıları Rusiyanın müdafiəsini yarmağa hazırlaşırbackend

KİV: ABŞ xüsusi təyinatlıları Rusiyanın müdafiəsini yarmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ xüsusi təyinatlıları Krımda Rusiyanın müdafiəsini yarmağa hazırlaşır.

Bu barədə NATO veteranı, yunan hərbi ekspert Stavros Atlamazoqlunun məqaləsində qeyd olunub.

Öz materialında müəllif ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığının hesabatına istinad edib. Sənəddə bildirilir ki, müasir xüsusi təyinatlı qüvvələr bir sıra məqsədlərə uyğunlaşdırılmalıdır. Yaxın döyüşdə digər ordu birləşmələrinin dəstəklənməsi və düşmən ərazisinin dərinliyindəki gizli obyektlərə sızmaq kimi xüsusiyyətlər bunlardan bəziləridir.

Müəllifin sözlərinə görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının ən vacib tapşırıqlarından biri A2/AD – sahildə yerləşdirilmiş gəmi əleyhinə raketlərin, operativ-taktiki raket komplekslərinin, radiolokasiya stansiyalarının və HHM sistemlərinin yerini müəyyən etmək və məhv etməkdir.

“Xüsusi Əməliyyatlar Komandanlığı Krım yarımadası rayonunda Rusiyanın, Cənubi Çin dənizi rayonunda isə Çinin A2/AD sistemlərinin məhv edilməsində mərkəzi rol oynayacaq”, – deyə hərbi ekspert bildirib.

Mənbə: Business Insider