“Kiyev Kramatorska görə məsuliyyətdən qaça bilməyəcək” – Rusiya XİNbackend

“Kiyev Kramatorska görə məsuliyyətdən qaça bilməyəcək” – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kramatorskın atəşə tutulması ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin günahına dair sübutlar var, onlar “Toçka-U” raketlərindən istifadə ediblər”.

İnterpress.az xəbər verir kİ, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir. “Kiyev rejiminin bu cür qeyri-insani hərəkətləri Ukraynanın demilitarizasiyası və deazifikasiyası üzrə xüsusi hərbi əməliyyatın tapşırıqlarının doğruluğunu təsdiqləyir”, – sənəddə qeyd olunur.

Rusiya XİN-dən bildirilib ki, Kiyev Kramatorska “Toçka-U” taktiki raket hücumuna görə məsuliyyətdən yayına bilməyəcək:

“Biz əminik ki, Kiyev hökuməti məsuliyyətdən yayına bilməyəcək”.

Rusiya XİN ildirib ki, Moskva Ukrayna qoşunlarının Kramatorska zərbə endirməsi ilə əlaqədar Kiyevə silah tədarükünü dayandırmağa çağırır:

“Biz beynəlxalq ictimaiyyəti Ukrayna birləşmələrinin cinayətlərinə obyektiv qiymət verməyə, onları silahla təchiz etməyi dayandırmağa və Kiyevi qəbuledilməz döyüş üsullarından imtina etməyə təşviq etməyə çağırırıq”.