Klaviaturadan bağırsaq infeksiyalarına yoluxma riski keyfiyyətsiz qidadan YÜKSƏKDİRbackend

Klaviaturadan bağırsaq infeksiyalarına yoluxma riski keyfiyyətsiz qidadan YÜKSƏKDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klaviaturadan bağırsaq çöpünə yoluxma riski keyfiyyətsiz qidadan belə yüksəkdir

İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist Andrey Pozdnyakov məlumat verib.

Onun sözlərinə görə, kompüter klaviaturasından bağırsaq çöpünə yoluxma ehtimalı çox vaxt pis yuyulmuş ərzaqlardan belə böyükdür.

Mütəxəssis bildirib ki, mikroblar üçün əlverişli şərait yaratmaq üçün klaviatura üzərində yemək kifayətdir – karbohidrat qalıqları bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.

Bağırsaq çöpləri klaviaturada bir neçə həftə yaşaya bilər. Xüsusən bir klaviaturadan bir neçə nəfər istifadə etdikdə yoluxma riski artır.

Pozdnyakov qeyd edib ki, ən təhlükəli bakteriyalar bağırsaqda yaşayan enterobakteriyalardır – onlar pis yuyulmuş əllər vasitəsilə klaviaturaya keçir.

Yoluxma hərarət, qusma, əzələ ağrısı və ishal kimi simptomlarla müşayiət olunur.

Xuraman Etibarlı

İnterpress.az