Danimarkada bir kişi kokos suyu içib və bir gün sonra ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə şərhləri mətbuatda dərc olunan həkim Samuel Çoudxuri bildirib.
Danimarkalı bir adam çürük kokosdan şirə içdikdən bir gün sonra ölüb. Sonradan onun tərkibində neyrotoksin istehsal edən zəhərli göbələk “Arthrinium saccharicola” olduğu məlum olub.
Kişi kokos alıb və soyuducuya qoymağı unudub. Bir aydan sonra yadına düşüb, sınamaq qərarına gəldi, bir qurtum içib və xarab olduğunu hiss edib.
Bir neçə saatdan sonra özünü pis hiss edib və ürək bulanması başlayıb. Xəstəxanada ona beyin ödemi diaqnozu qoyulub və bir gün sonra dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az