Könül Kərimova təhqirlərə təhqirlə cavab verdi – Fotolarbackend

Könül Kərimova təhqirlərə təhqirlə cavab verdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Əməkdar artist Könül Kərimova istirahət üçün Bodruma yollanıb.

Müğənni fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. Kərimovanın dənizdə çimərkən yayımladığı şəkil isə tənqid atəşinə tutulub.

“Qazaxlılar demiş, yanıram a dağlar. Yeriniz məlum. Biri də yadıma düşdü, Afaq xanım demiş – “Göydən aloy yağer a bajı”. Belədə ki, qadasın alım qazaxlıların, ləhcəsi də şirindir, özləri də. Allah sizi qorusun, ay gözəl qazaxlılar” deyə, Könül paylaşımında yazıb.

Müğənni daha sonra yazılan təhqirlərə təhqirlə cavab verib. O, bir izləyicisinin “Qorxuram atəşini su da söndürməsin” sözlərinə “Bədbəxt, qucağındakı o körpədən utan. Səndən nə tərbiyə alacaq o yazıq uşaq” şərhini yazıb.

Digər bir izləyici isə ifaçıya “Utanmasan oynamağa nə var. Heç yaşınızdan, başınızdan utanırsınız? Abır-həyanı niyə tamamilə tərk etmişiniz?” sözlərini ünvanlayıb.

K.Kərimova bu şərhə təhqirlə reaksiya verib. “Yaşından da, olmayan başından da sən utan. Ay xəstə, murdar. Burada utanılacaq nə var? Ayıb sənə olsun ki, durduğun yerdə camaatı təhqir edirsən. Başına da mən boyda daş düşsün, qalasan altında. Bildin?” deyə, o, bildirib.