Koronavirusdan sağalan qadın xəstəliyin qəribə nəticələrindən şikayətləndi – FOTObackend

Koronavirusdan sağalan qadın xəstəliyin qəribə nəticələrindən şikayətləndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusdan sağalan ingiltərəli qadın xəstəliyin hələ də müşahidə olunan qəribə nəticələrindən şikayətlənib.

Bu barədə “The Mirror” xəbər yayıb.

32 yaşlı Toni Frankom yeni koronavirus infeksiyasını çox çətin keçirib, reanimasiyada yeddi həftə yaşamaq uğrunda mübarizə aparıb. Ancaq evə buraxıldıqdan altı ay keçməsinə baxmayaraq, qadın hələ də ağciyərlərində ağrıdan, ürək problemlərindən, qəribə qoxulardan, xroniki yorğunluqdan və astmadan əziyyət çəkməyə davam edir. O, simptomlarının pisləşməsi səbəbindən zaman-zaman yenidən xəstəxanada yatmalı olur.

“Daim boğuluram, dəfələrlə ağciyər infeksiyasına yoluxmuşam və xəstəxanaya yerləşdirilmişəm. COVID-19 iblisdir”, – deyə Frankom şikayət edib.

O, davamlı xəstəxanaya yerləşdirildiyi üçün iki övladının ad günlərində iştirak edə bilmədiyini etiraf edib.

 

Qeyd olunur ki, Frank koronavirus infeksiyasının bir növü olan “uzunmüddətli COVİD”dən əziyyət çəkən minlərlə ingilisdən biridir.

“Uzunmüddətli COVID” termini Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən rəsmi olaraq tanınır.

 

İnterpress.az