Koronavirusla bağlı SON STATİSTİKAbackend

Koronavirusla bağlı SON STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 6 850 597 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə İnterpress.az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan ölənlər 398 244, sağalanlar isə 3 351 249 nəfər təşkil edir.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (2 228 972 nəfər), ölkə ABŞ-dır (1 965 708 nəfər).

Virusa yoluxma sayına görə ölkələr arasında 10-cu sırada olan sərhəd qonşumuz Türkiyədə 168 340, 11-ci yerdə olan İranda isə 167 156 yoluxma müşahidə edilir.

Ermənistanda koronavirus 11 817, Gürcüstanda isə 805 nəfərdə qeydə alınıb.

Azərbaycanda koronavirus indiyə qədər 6860 nəfərdə aşkar olunub. 82 nəfər virusdan ölüb, 3871 nəfər sağalıb.

OnlinePress.az