Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?backend

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər”.

Bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova “Sputnik” radiosuna açıqlamasında deyib.

Həmçinin, nəzərə almaq lazımdır ki, koronavirus bəzi hallarda simptomsuz keçir.

Professorun sözlərinə görə, koronavirusdan sağalan şəxs peyvənd vurdurarsa, bu o deməkdir ki, “qızıl zirehə” sahib olub. Çox güman ki, bu zaman uzunmüddətli immun reaksiya əldə edilə bilər.

“Amma koronavirusa yeni yoluxmusunuzsa və ilk dozanı qəbul etmisinizsə, xəstəliyi peyvənd vurdurmayan insanlar kimi keçirəcəksiniz”, – deyə mütəxəssis bildirib.

Baranova xatırladıb ki, belə vəziyyətlə qarşılaşmamaq üçün orqanizmdə virusun olub-olmamasını müəyyən edən PCR testi vermək lazımdır.