ABŞ-də avtomobil şousunda drift edən maşın gənc qızın ayağını qoparıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-də keçirilən qeyri-qanuni küçə avtomobil şousu zamanı dəhşətli bədbəxt hadisə baş verib. Nümayiş zamanı drift fəndləri edən sürətli avtomobillərdən biri qəfil idarəetməni itirərək tamaşaçıların arasında dayanan gənc qızı vurub.
Ağır zərbə nəticəsində gənc qızın ayağı hadisə yerindəcə qopub. Əraziyə dərhal xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub, ağır yaralanan qız dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı yerli polis idarəsi tərəfindən araşdırma başladılıb. Küçələrdə icazəsiz təşkil olunan drift şoularının və təhlükəli avtomobil yarışlarının qarşısının qəti şəkildə alınması üçün tədbirlərin gücləndiriləcəyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz






