Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar varbackend

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 63 yaşlı Dilqəm Elbəyi oğlu Nadirov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Cəlil oğlu Səmidovun idarə etdiyi “VAZ-2106” avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü və sərnişinlər, 59 yaşlı Zərifə Cəlil qızı Əliyeva və 52 yaşlı Yeganə Güləkbər qızı Səmidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar “təcili yardım” avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.