“Kuş” narkotik epidemiyasına görə bu ölkə fövqəladə vəziyyət ELAN ETDİ – VİDEObackend

“Kuş” narkotik epidemiyasına görə bu ölkə fövqəladə vəziyyət ELAN ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikanın Sierra Leone Respublikası narkotik epidemiyasına görə fövqəladə vəziyyət elan edib.

İnterpress.az CNN-ə istinadən xəbər verir ki, Sierra Leone prezidenti Culius Maada Bio “kuş” kimi tanınan sintetik narkotikdən istifadə epidemiyasına görə ölkədə fövqəladə vəziyyət elan edib,

O, ucuzluğu və ölümcül təhlükəsi ilə seçilən bu maddənin yayılmasının qarşısını almaq üçün hökumətini sərt tədbirlər görməyə çağırıb.

Səlahiyyətlilərə görə, marixuana, fentanil və tramadolun bu qarışığı bir çox istifadəçinin yüzlərlə ölümünə və ruhi xəstəliyə səbəb olub.

O, ilk dəfə təxminən dörd il əvvəl Sierra Leonedə görünüb. Ölənlərin dəqiq sayı ilə bağlı rəsmi məlumat yoxdur.

Psixoaktiv preparatın tərkib hissələrindən biri də insan sümükləridir. Narkomanların qəbirlərdən skelet qazmasının qarşısını almaq üçün qəbiristanlıqlarda təhlükəsizlik tədbirləri gücləndirilib.

Şahidlər iddia edirlər ki, “kuş”dan istifadə edənlər “zombi” kimi olurlar.

Xuraman Etibarlı

İnterpress.az