Laçında minaya düşən şəxslərdən biri ölübbackend

Laçında minaya düşən şəxslərdən biri ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.

Suarası kəndində təmir-tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən xəbərə görə, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırır: “Unutmayın, yanlış atılan hər bir addım həyatınızı itirməyə səbəb ola bilər!”