Lənkəranda bir ailənin 5 üzvü yol qəzasında xəsarət aldıbackend

Lənkəranda bir ailənin 5 üzvü yol qəzasında xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda avtomobil qəzasında biri uşaq olmaqla, beş nəfər xəsarət alıb.

Hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib. Belə ki, rayonun Osaküçə kənd sakini, 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qənbərova məxsus “VAZ-2104” markalı 90 FB 281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında avtomobil sahibinin kürəkəni, 1999-cu il təvəllüdlü Yusif Mais oğlu Nəhmətov olub. Ailə üzvləri istirahətdən qayıdarkən sürücü, 1967-ci il təvəllüdlü Rasif Qənbərov sərxoş olduğundan avtomobili idarə etməyi Y.Nəhmətova həvalə edib. Qəza zamanı sürcü özü xəsarət almasa da, qaynatası R.Qənbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qənbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqanə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin zəruri tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.