Lənkəranda “Land Cruiser”lə “Niva” TOQQUŞDU: Sürücü ağır xəsarət aldıbackend

Lənkəranda “Land Cruiser”lə “Niva” TOQQUŞDU: Sürücü ağır xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

Hadisə köhnə Ələt – Astara magistralının Lənkəran rayonun Parakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daştalığjar kənd sakini Hakim Zeynal oğlu Əliyevin idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil, Astara rayon Siyəkü kənd sakini 1987-ci il təvəllüdlü Əfqan İsbət oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub. Nəticədə “Niva”nın sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

O, ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstıxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.