Lənkəranda yük maşını sürücünün üstünə aşdıbackend

Lənkəranda yük maşını sürücünün üstünə aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda yük maşını sürücünün üstünə aşıb.

İnterpress.az bildirir ki, hadisə Qurumba kəndində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.

S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib./Report