ABŞ senatoru Lindsi Qremlə vida mərasimində tabutun qapalı olması şayiələrə səbəb olub
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-ın tanınmış senatoru Lindsi Qremlə təşkil olunan vida mərasimində tabutun qapalı saxlanılması ictimaiyyət arasında geniş şayiələrə və fərqli iddialara yol açıb.
Rəsmi olaraq vida mərasiminin bu formatda keçirilməsinin səbəbləri barədə hələlik heç bir rəsmi izahat verilməyib.
Məhkəmə-tibbi ekspertinin təqdim etdiyi ilkin rəyə əsasən, senatorun qəfil vəfatı xroniki ürək-damar xəstəliyi fonunda aorta damarının cırılması (yırtılması) ilə əlaqələndirilir.
Bununla belə, bəzi media orqanlarında və sosial şəbəkələrdə senatorun guya Kiyevdə həlak olması barədə yayılan iddiaları təsdiqləyən heç bir rəsmi və ya mötəbər fakt aşkarlanmayıb.
Mütəxəssislər və araşdırmaçılar bu növ məlumatların tamamilə əsassız olduğunu bildirirlər.
Xuraman Etibarlı
İnterpress.аz






