Livandan qayıdan Rusiya vətəndaşlarında yoluxucu xəstəliklərin olub-olmadığı yoxlanılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rospotrebnadzor mütəxəssisləri Mahaçqala hava limanında döyüş əməliyyatları nəticəsində Livandan qayıdan Rusiya vətəndaşlarında yoluxucu xəstəliklərin olub-olmadığını yoxlayır.
Yoxlama üçün müasir termal görüntüləmə avadanlıqlarından istifadə edilir, əlavə sorğu və müşahidələr aparılır.
Bu tədbirlər yoluxucu xəstəliklərin Rusiya Federasiyasının ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az