“Liverpul” 45 yaşlı mütəxəssis Arne Slotun Niderland klubunun baş məşqçisi postundan tez getməsinə görə “Feyenoord”a 13-15 milyon avro təzminat ödəyəcək.
İnterpress.az-ın məlumatına görə, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, “Liverpul” bu məbləği ödəsə, Slot tarixin ən bahalı məşqçisi olacaq.
Bu razılaşma ilə bağlı yekun sənədlərin tamamlanacağı vurğulanır.