Lukaşenko Belarusdakı qarışıqlıqda ABŞ-ı ittiham etdibackend

Lukaşenko Belarusdakı qarışıqlıqda ABŞ-ı ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki gərgin vəziyyətə görə ABŞ-ı günahlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “BelTA” verib.

“Bu qarışıqlığı bizim üçün hazırlayırdılar və Rusiya da bizi itirməkdən qorxurdu. Qərb bizi Rusiyaya qarşı çevirmək istəyib. Hazırda onlar Baltik-Qara dəniz koridoru, üç Baltikyanı, biz və Ukraynadan ibarət sanitar koridor yaratmaq istəyirlər”, – prezident bildirib.

“Bütün bunları planlaşdırıb və istiqamət verən ABŞ-dır, avropalılar isə dəm tutur. Belə deyiblərsə, elə də edirlər. Bununla əlaqədar Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb. Biz nəzarət edirik, onların nə ilə məşğul olduğunu bilirik”, – A.Lukaşenko vurğulayıb.

 

İnterpress.az