Malidə gərgin DÖYÜŞ: Rusiya “Afrika Korpusu”nun əsgəri terrorçuları MƏHV ETDİ – FOTO/VİDEObackend

Malidə gərgin DÖYÜŞ: Rusiya “Afrika Korpusu”nun əsgəri terrorçuları MƏHV ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malidə Rusiya hərbçisinin terrorçuları zərərsizləşdirməsinin birinci şəxs adından çəkilən görüntüləri yayılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Malidə Rusiya hərbçisinin terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatın birinci şəxs tərəfindən (POV) çəkilmiş real döyüş görüntüləri yayılıb.

Rusiya Müdafiə Nazirliyinin “Afrika Korpusu”nun əsgəri sığınacaqda olarkən yeni mövqe tutmağa və irəliləməyə çalışan yaraqlıları təkbaşına zərərsizləşdirib.

Məlumata görə, rusiyalı döyüşçü meşə zolağında gizlənən və əraziyə soxulmaq istəyən terrorçu qruplaşma üzvlərini dəqiq atəşlə tamamilə məhv edərək strateji təmizləmə əməliyyatı həyata keçirib.

“Afrika Korpusu”nun fəaliyyət göstərdiyi Malidə rəsmi hökumət qüvvələri ilə bərabər terrorçu qruplaşmalara qarşı birgə əməliyyatların davam etdirildiyi bildirilir.

Birinci şəxs kamerasından qeydə alınan bu gərgin döyüş anı sosial şəbəkələrdə böyük rezonans doğurub.

Xuraman Etibarlı

İnterpress.аz