Marneulinin 62 milyonluq büdcəsi hansı istiqamətlər üzrə xərclənəcək?backend

Marneulinin 62 milyonluq büdcəsi hansı istiqamətlər üzrə xərclənəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsi 62 304 733 lari təşkil edir.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Sözügedən məbləğ aşağıdakı istiqamətlər üzrə bölüşdürülüb:

• İnfrastruktur – 23 507 506 lari;

• Təmizlik və ətraf mühitin mühafizəsi – 4 098 496 lari;

• Təhsil – 5 922 000 lari;

• Mədəniyyət, gənclər, idman – 9 078 500 lari;

• Səhiyyə və sosial təminat – 3 016 300 lari;

• İdarəetmə və ümumi təyinatlı xərclər – 16 681 931 lari.