Masallıda 21 yaşlı oğlan özünü gölə ataraq intihar edib.
İnterpress.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan Muradov özünü yaşadığı Kolatan kəndinin ərazisində yerləşən Böyük Kolatan gölünə atıb.
Nəticədə Sənan Muradov boğularaq ölüb.
Onun meyiti kənd sakinləri tərəfindən göldə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.