“Twitter”in mavi nişanı üçün qiymətin artması xəbəri sadə istifadəçilərlə yanaşı, məşhurlar arasında da narazılıqla qarşılanıb. Bunlardan biri də tanınmış yazıçı, öz qorxu janrlı romanları ilə məşhur olan, “qorxuların kralı” ləqəbli Stiven Kinqdir.
“Mavi işarəni saxlamaq üçün ayda 20 dollar? Lənət olsun, hələ onlar mənə pul verməlidirlər. Əgər belə olsa, mən də Enron kimi gedəcəm”, – deyə yazıçı öz hesabında yazıb.
Amerikalı milyarder və sosial şəbəkənin yeni sahibi İlon Maskdan məşhura cavab gecikməyib. O, dərhal sövdələşməyə başlayıb.
“Çekləri hansısa formada ödəmək məcburiyyətindəyik! “Twitter” tamamilə reklamçılara ümid bağlaya bilməz. Bəs 8 dollara nə deyirsniz?” – deyə o soruşub.
Mask həmçinin dəyişiklikləri həyata keçirməzdən əvvəl qərarının səbəbləri barədə ətraflı danışacağını vəd edib. Onun sözlərinə görə, bütün bunlar botların və trolların kökünü kəsmək naminədir.