Braziliyada təcrübəsiz sürücünün yük maşınını aşması dəhşətli partlayışa səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb.
Braziliyada mayeləşdirilmiş qaz daşıyan yük maşınının qəzaya uğraması böyük faciə ilə nəticələnib.
Təcrübəsiz sürücünün idarəetməni itirərək aşması nəticəsində güclü partlayış baş verib.
Hadisə anı videomüşahidə kameralarına düşüb. Dəhşətli partlayış nəticəsində təqsirkar sürücü də daxil olmaqla, ümumilikdə 4 nəfər həlak olub.
Daha altı nəfər isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az





