Mayk Tayson dişlənmiş qulaq formasında konfet satacaqbackend

Mayk Tayson dişlənmiş qulaq formasında konfet satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson dişlənmiş qulaq formasında hazırlanmış konfeti təqdim edib.

İnterpress.az oxu.az-a istinadən xəbər verir ki, məhsula “Mike Bites” adı verilib.

Konfet öz formasını 1997-ci ilin iyununda baş tutan Tayson və Evander Holifild arasındakı qarşıdurmaya borcludur. Məhz bu görüşdə Dəmir Mayk rəqibinin qulağını dişləyib və nəticədə onun ağır çəkidə lisenziyası ləğv edilib.

Qeyd edək ki, “Mike Bites” marixuanadan hazırlanır. Konfetlər Massaçusets, Kaliforniya və Nevada ştatlarında satılacaq.

Xatırladaq ki, Tayson 1987-1990-cı illərdə ağır çəkidə dünya çempionu olub.