Mədəniyyət Nazirliyinin təşkil etdiyi səfərdə jurnalistlər köməksiz qalıb (FOTO)backend

Mədəniyyət Nazirliyinin təşkil etdiyi səfərdə jurnalistlər köməksiz qalıb (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin təşkil etdiyi səfərdə jurnalistlər köməksiz qalıb.

İnterprress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.

Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.

Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.

Qeyd edək ki, köməksiz qalan jurnalistlərə təşkilatçılar tərəfindən heç bir yardım edilməyib. Media təmsilçiləri təşkilatçılığın bərbad olmağından şikayyət edirlər.