Media mövzusunda təlim keçirildi – Səbuhi Abbasovun moderatorluğu iləbackend

Media mövzusunda təlim keçirildi – Səbuhi Abbasovun moderatorluğu ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəy ilə reallaşdırdığı “Gənclər təkilatlarında media savadlılığının artırılması” layihəsi çərçivəsində növbəti təlim baş tutub.

“Sosial şəbəkələrin sosial mediaya inteqrasiyası və sosial medianın formalaşması” mövzusunda reallaşan təlimin moderatoru internet-media ekspert, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov olub. İki saat davam edən təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılırb.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində 6 təlim 3 görüş və 3 infoturun keçirilməsi planlaşdırılıb. Layihənin əsas məqsdi gənclər təşkilatlarının media biliklərinin artırılması, sosial mediadan operativ istifadə bacarıqlarının və vərdişlərinin inkişafı, iş mühitində keyfiyyətli və effektiv rəqəmsal kommunikasiyanın formalaşdırılması, gənclər təşkilatlarının mətbuat və media fəaliyyətlərinin stimullaşdırılması, eyni zamanda sosial media alətlərinin düzgün tətbiqidir.