Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.
İnterpress.az bu ölkənin mediasına istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.
Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir.
Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dollar mənimsəməkdə ittiham olunur.