Meksikada 726 immiqrant insan alverçilərinin əlindən xilas edilibbackend

Meksikada 726 immiqrant insan alverçilərinin əlindən xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın mərkəzi Tlaxcala əyalətində anbarda saxlanılan 726 immiqrant əməliyyat nəticəsində insan alverçilərinin əlindən xilas edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Meksika mətbuatında yer alan xəbərə görə, polis əyalətin San Antonio Cuaxomulco qəsəbəsindəki anbarda ağır şərtlər altında saxlanılan mühacirlərə qarşı əməliyyat keçirib.

75-i uşaq olmaqla 726 immiqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Hadisə ilə bağlı 4 insan alveri ilə məşğul olan şəxs saxlanılıb.

Vətəndaş təhlükəsizliyi katibliyinin verdiyi açıqlamada immiqrantların Qvatemala, Honduras, Salvador və Nikaraqua vətəndaşları olduğu bildirilib.

Mühacirlərin həddindən artıq susuz və oksigensiz olduğu, bəzilərinin isə xəstəxanalarda müalicə olunduğu paylaşılıb.

ABŞ-a getmək arzusu ilə insan qaçaqmalçılarına minlərlə dollar ödəyən miqrantlar “son dərəcə” təhlükəli şəraitdə səyahət edirlər.