Meksikada hərbi helikopterin okeana düşməsi nəticəsində 3 nəfər ölübbackend

Meksikada hərbi helikopterin okeana düşməsi nəticəsində 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika donanmasının helikopterinin okeana düşməsi nəticəsində baş verən qəzada 3 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada hərbi helikopterin Lazaro Kardenas limanı yaxınlığında okean patrul gəmisinin göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra Sakit Okeana düşdüyü bildirilib.

Limandan təqribən 370 kilometr aralıda okeana düşən helikopterdəki 8 donanma personalından 3-nün öldüyü, 2-nin itkin düşdüyü, xilas edilən 3 nəfərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin yüksək olduğu bildirilib.

İtkin düşənlərin axtarışları davam edərkən, qəza ilə bağlı araşdırmalara başlanılıb.