Meksikada cinayətkarlar dörd polis zabitini öldürüb, dördünü isə yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilir ki, Meksikanın Urianqato şəhərində silahlı cinayətkarlar polis patruluna hücum edərək biri qadın olmaqla dörd zabiti öldürüb, dördünü isə yaralayıb.
Məlumata görə, şəhərin yerləşdiyi Quanaxuato ştatı uzun müddətdir ki, rəqib narkotik kartelləri arasında toqquşmalara səhnə olduğundan polis üçün ən təhlükəli bölgə kimi tanınır.
Xuraman Etibarlı
İnterpress.az