Məktəb yeməkxanasında İNSİDENT: Aşpaz qadın həmkarını BIÇAQLADIbackend

Məktəb yeməkxanasında İNSİDENT: Aşpaz qadın həmkarını BIÇAQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəb yeməkxanasının aşpazı həmkarını bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Dağıstan məktəbinin aşpazı həmkarını bıçaqlayıb. Onlar iş üstündə dava ediblər.

Zülfiyyə (36 yaş) və Tamila (41 yaş) Küraxski rayonunda uşaqlar üçün yemək bişiriblər. Bir gün mətbəxdə xırda şeylərə görə dalaşıblar. Əvvəlcə məsələ ilə bağlı mübahisə ediblər, sonra məsələ şəxsiləşib, onlar söyüşə keçiblər.

Zülfiyyə dözə bilməyib bıçaqla həmkarının əlinə xəsarət yetirib.

Tamila qan itirdiyinə görə bir-iki gün xəstəxanada qalıb və həkimlər yaranı tikiblər.

Zülfiyyə işini itirib və şərti cəza alıb.

Xuraman Etibarlı

İnterpress.az