Mənfi düşünmək beyni məhv edir.
İnterpress.az xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb.
Alimlər xroniki mənfi düşüncə tərzi ilə beynin sürətlə qocalması arasında birbaşa əlaqə olduğunu müəyyən ediblər.
Araşdırmalara görə, mənfi düşüncələrin yaratdığı daimi stress orqanizmdə kortizol hormonunun səviyyəsini yüksək həddə saxlayır. Bu hormon isə beyindəki neyronları məhv edir və koqnitiv funksiyaları zəiflədir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal uzunmüddətli perspektivdə demensiyanın (ağıl zəifliyi) inkişaf riskini ciddi şəkildə artırır.
Xuraman Etibarlı
İnterpress.az






