Mərkəzi Bankın qərarına münasibət: “İqtisadi fəallıq azala bilər”backend

Mərkəzi Bankın qərarına münasibət: “İqtisadi fəallıq azala bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu qərar vətəndaşların kreditdən imtina etməsinə səbəb ola bilər”.

Bu sözləri Mərkəzi Bankın uçot dərəcəsinin artırılmasına münasibət bildirən iqtisadçı Vüqar Oruc İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uçot dərəcəsinin artması son nəticədə verilən kreditlərə də öz təsirini göstərə bilər:

“Ola bilər ki, Mərkəzi Bank və kommersiya bankları bu təsirin qarşısını almaq üçün əlavə proqramlar tərtib etsinlər. Bütün hallarda qəbul olunan qərar qarşıda infilyasiyanın gözləndiyini göstərir. Buna görə də manatın dayanıqlığını təmin etmək üçün uçot dərəcəsi yüksəldilir. Bu qərarı manatın xarici valyuta qarşısında müvazinətini qorumaq üçün atıldığını hesab etmək olar. Lakin bu qərarın mənfi təsirləri də gözləniləndir. Bu, iqtisadi fəallığın azalmasına və vətəndaşların kreditdən imtina etməsinə səbəb ola bilər. Kredit faizlərinin artması sərbəst bazar dövründə iqtisadi sistemin dinamik şəkildə inkişafına müəyyən qədər mane edə bilər. Yəqin ki, Mərkəzi Bank bu cür yan təsirləri nəzərə alacaq”.

Gülşən