Məşhur rusiyalı fitnes bloqeri, İdman qidaları sahəsində tanınmış iş adamı vaxtsız vəfat edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya idman və fitnes sahəsinin ən tanınmış simalarından biri, internet məkanında “do4a” ləqəbi ilə məşhur olan bloqer və iş adamı Vadim İvanov 37 yaşında qəfildən dünyasını dəyişib.
Məlumata görə, İvanov uzun illər ərzində öz üzərində steroidlərlə müxtəlif təhlükəli sınaqlar keçirib. Ağır preparatlardan istifadə etməsi səbəbindən o, gənc yaşında bir neçə dəfə infarkt keçirib.
Son illərdə səhhətində kəskin problemlər yaransa da, o, yaşamaq əzmini itirməyib və sağlamlığını bərpa etmək üçün mübarizə aparıb.
Məşhur “Do4a” idman qidaları şəbəkəsinin və eyniadlı internet layihəsinin qurucusu olan İvanovun vaxtsız vəfatı pərəstişkarları və idman ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.аz






