Məşhur müğənninin anası və bacısı eyni gündə DÜNYASINI DƏYİŞDİ – FOTObackend

Məşhur müğənninin anası və bacısı eyni gündə DÜNYASINI DƏYİŞDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meraya Kerinin anası və bacısı eyni gündə dünyasını dəyişib.

interpress.az xəbər verir ki, bu barədə  CNN müğənniyə istinadən məlumat yayıb.

“Keçən həftə sonu anamı itirdiyim üçün ürəyim parçalandı. Təəssüflər olsun ki, hadisələrin faciəvi dönüşü zamanı bacım elə həmin gün həyatını itirdi”, – Keri deyib.

Pop ulduzu Patrisiya Keri və Alison Kerinin ölüm səbəbləri barədə ətraflı məlumat verməyib. Patrisiya Kerinin 87 yaşı olduğu bildirilirdi. Alison Kerinin 63 yaşı var idi.

Patrisiya Keri opera müğənnisi və vokal müəllimi idi. O, Meraya Keri üç yaşında olanda ayrıldığı müğənninin atası Alfred Roy ilə evli idi. Roy 2002-ci ildə vəfat edib.

Xuraman Etibarlı

İnterpress.az