Bu il yanvarın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 71,5 milyon manat ödənilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il davam etdirilib. 31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib. Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib”, – deyə o qeyd edib.