Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyədə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.
İnterpress.az xəbər verir ki, başsalığında deyilir:
“Qardaş Türkiyənin Ankara şəhərində Türk Aviasiya və Kosmik Sənaye şirkətində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və Türkiyəmizə dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Dəhşətli terror aktını qətiyyətlə pisləyir, qınayır və bir daha deyirik ki, biz bu gün Türkiyənin yanındayıq. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Tam əminik ki, törədilmiş terror aktları Türkiyəni sarsıda və haqq yolundan döndərə bilməz.
Başımız sağ olsun, Türkiyəm!”.
İnterpress.az